• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistana silah satışı sabitliyin bərqərar olmasına ciddi mane yaradır

XİN: Ermənistana silah satışı sabitliyin bərqərar olmasına ciddi mane yaradır
01.02.2016 15:46
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində atəş hazırlığı zamanı Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan "PGM Mini-Hecate” və "Arctic Warfare .338 LM” snayper tüfənglərdən istifadə etməsi barədə fotoşəkillər yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu snayper tüfənglərindən istifadə edərək şəxsi heyətin atəş hazırlığı və təliminin aparılması onların kütləvi sayda idxal edilməsi və Ermənistan silahlı qüvvələrində silahlanmaya daxil edilməsini deməyə əsas yaradır. 

"İlkin olaraq, cəmi iki ədəd "Arctic Warfare.338 LM” snayper tüfənginin sınaq məqsədilə Ermənistana verildiyi bildirilsə də, Ermənistan silahlı qüvvələrində bu silahların geniş tətbiqi bunun əksini sübut edir.

Böyük Britaniya və Fransa istehsalı olan snayper tüfənglərinin Azərbaycana qarşı təcavüz və işğal törətmiş Ermənistan silahlı qüvvələrində silahlanmaya daxil edilməsi ciddi narahatlıq doğurur.

Bu snayper tüfənglərinin Ermənistana ixrac olunması ilə əlaqədar hələ 25 aprel 2015-ci il tarixində Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunmuş narahatlığa baxmayaraq, silahın istehsalçısı olan dövlətlər tərəfindən onların hansı yolla Ermənistana ixrac edilməsi məsələsinə əsaslı aydınlıq gətirilməyib”, - deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Fransa və Böyük Britaniya ATƏT-in müvafiq qərarına uyğun olaraq, Ermənistan və Azərbaycana silah embarqosunun tətbiq edildiyini və bu embarqonun ölkə qanunvericiliyində təsbit olunduğunu bildirir. Eyni zamanda Avropa İttifaqı çərçivəsində silah satışını tənzimləyən ciddi ixraca nəzarət rejimi mövcuddur. 

"Bu silahların üçüncü tərəf vasitəsilə Ermənistana ixrac edilməsi barəsində olan fikirlər də sual doğurur. Belə ki, ixraca nəzarət rejiminə uyğun olaraq, döyüş silahlarının idxal-ixrac əməliyyatları zamanı ixrac edən tərəf son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb edilməlidir.

İşğalçı dövlət olaraq, Ermənistana silah ixracı rəsmi Yerevanın Azərbaycana qarşı işğal və təcavüzünü davam etdirməsinə, mövcud status kvonun saxlanmasına xidmət edir, münaqişənin danışıqlar yolu ilə həll olunmasına və regionda sülh və sabitliyin bərqərar olmasına ciddi mane yaradır”, - deyə H.Hacıyev qeyd edib.

O bildirib ki, Ermənistan bu kimi snayper tüfənglərini döyüş məqsədilə ilə bərabər Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə yaşayan mülki insanları, o cümlədən qadın və azyaşlı uşaqları hədəfə almaq üçün istifadə edir.

"Ermənistanın müxtəlif yollar, o cümlədən saxta ticarət əməliyyatları və "qara bazar” vasitəsilə snayper tüfənglərini əldə etməsi snayperlərin təmas xəttindən çəkilməsi barəsində Ermənistanın irəli sürdüyü iddiaların və buna "etimad quruculuğu” donu geyindərməsi cəhdlərinin bir daha tamamilə əsassız və yalan olduğunu sübut edir.

Fransa və Böyük Britaniyanın üzərinə düşən beynəlxalq öhdəlik və milli qanunların tələblərindən çıxış edərək, bu məsələni ciddi surətdə araşdıracağına və zəruri tədbirlər görəcəyinə ümid edirik”, - deyə H.Hacıyev vurğulayıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol