• $
  • €
  • ₽
  • ₺
  • £

52-ci Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlandı

52-ci Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlandı
28.05.2020 22:43
Təhlükəsizlik böhranı, məhdud imkanlar, beynəlxalq intizamın zəifliyi məsələləri 12-14 fevral tarixlərində keçiriləcək 52-ci Münhen Təhlükəsizlik Konfransında müzakirələrin mərkəzində yer alacaq. 

"Report" konfransın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il Münhenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirləri toplaşacaq.

Konfrans iştirakçıları Avropanın qaçqın böhranına cavabı, Suriyadakı müharibə və Avropa təhlükəsizliyinin gələcəyi, Saxaradan cənubdakı Afrika ölkələrinin sabitliyi, kibertəhlükəsizlik kimi məsələləri müzakirə edəcək. İlk dəfə Bill və Melinda Geyts Fondu və "Merck"lə birgə təşkil edilmiş qlobal sabitlik və təhlükəsizliyə epidemiyaların yaratdığı təhlükəyə həsr olunan sessiya keçiriləcək.

İordaniya kralı II Abdullah, Polşa prezidenti Andjey Duda, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş naziri Dmitri Medvedyev, İraq baş naziri Hayder əl-Abadi, ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov konfransda iştirakını təsdiqləyib.

Daha əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə verdiyi açıqlamaya görə, Azərbaycan Prezidenti İlham Əliyevin də konfransda iştirakı gözlənilir.
Qeyd edək ki, konfransı fevralın 12-də Almaniyanın müdafiə naziri Ursula fon der Leyenlə fransız həmkarı Jan-İv Le Drian açacaq. Fransanın baş naziri Manuel Valls da konfransda çıxış edəcək.

Konfransın işində, həmçinin Əfqanıstan prezidenti Əşrəf Qani, NATO baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeir də iştirak edəcək .

Konfrans çərçivəsində bir sıra ölkələrin Milli Kəşfiyyat İdarələrinin rəhbərlərinin, o cümlədən ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper və Böyük Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin rəhbəri Robert Hanniqanın iştirakıyla müzakirələr baş tutacaq.

Konfransın proqramından əlavə, Münhendə təhlükəsizliyə həsr olunmuş bir sıra görüşlər də keçiriləcək. Belə ki, Münhen Təhlükəsizlik Konfransının açılışından əvvəl Suriyaya dəstək Beynəlxalq Qrupunun görüşü baş tutacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol