• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya XİN Qarabağ münaqişəsinin həllinə dair plana aydınlıq gətirdi

Almaniya XİN Qarabağ münaqişəsinin həllinə dair plana aydınlıq gətirdi
09.04.2016 18:14
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etməsi barədə xəbərlərə aydınlıq gətirib.

Almaniya XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer münaqişə ilə bağlı "status kvo”nu uzun müddət davam edəcəyini düşünmür.

"Münaqişə davam etdiyi üçün təmas xəttində və iki ölkə sərhədində zorakılığın təkrarlanması və daha böyük intensivlik alması riski artır. Buna görə də xarici işlər naziri Ştaynmayer münaqişənin sülh yolu ilə həlli istiqamətində tərəqqiyə nail olmaq üçün ATƏT-ə sədrliyi dövründə bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Almaniyanın 7 maddəlik planı zorakılığın artması potensialının qarşısını almağa yönəlib və Dağlıq Qarabağ münaqişəsinin davamlı, sülh yolu ilə həllinə dair yol göstərməkdən ibarətdir. Bunun əsasında atəşkəsin stabilləşdirilməsi və danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoq, etimad yaradılması tədbirlərindən istifadə etmək dayanır.

Bu, Minsk qrupunun işinin intensivləşdirilməsi, potensial kompromis nöqtələrinin araşdırılması və yekun olaraq uzunmüddətli sülh sazişi üçün danışıqların aparılmasından ibarətdir”, - deyə Almaniya XİN-dən bildirilib .

Qeyd edək ki, Rusiya mətbuatı bir neçə gün əvvəl Almaniya XİN-dəki diplomatik mənbəyə istinadən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etdiyi barədə xəbər yayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol