• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Azərbaycanla İsveçrə arasında əməkdaşlıq üçün geniş potensial var"

Nazir: "Azərbaycanla İsveçrə arasında əməkdaşlıq üçün geniş potensial var"
03.02.2017 11:17
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə isveçrəli həmkarına məktub ünvanlayıb.

XİN-dən verilən məlumata görə, məktubda iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. O, tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb. İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov, ölkəmizdəki nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.

İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burhalter E.Məmmədyarova göndərdiyi məktubda Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. O, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi baxımdan deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynadığını qeyd edib. İsveçrəli nazir mövcud tərəfdaşlığın ölkələrimiz arasında güclü bağları əks etdirdiyini və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edib. D.Burhalter sonda dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol