• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadakı səfirliyimiz vətəndaşlara müraciət edib

Rusiyadakı səfirliyimiz vətəndaşlara müraciət edib
21.02.2017 08:58
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi vətəndaşlara müraciət edib.

Səfirlikdən Milli.Az-a daxil olan məlumata görə, müraciətdə bildirilib ki,  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi bir daha vətəndaşların nəzərinə aşağıda qeyd edilənləri çatdırır.
 
Son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır.
 
Səfirlik bir daha izah edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bütün rəsmi sənədlərə görə dövlət rüsumu tutulur. Həmin rüsum səlahiyyətli dövlət orqanı tərəfindən verilən qəbz əsasında yalnız bank ödənişi yolu ilə yerinə yetirilə bilər. Xarici ölkələrdə sözügedən səlahiyyətli orqanlar Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarıdır.
 
Rusiyada bu, Moskvada yerləşən səfirlik, eləcə də Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş Konsulluqlardır. Burada toplanılan konsulluq haqları hər ayın yekunlarına dair bank köçürülməsi yolu ilə xəzinəyə ödənilir və Azərbaycan dövlətinin mənfəətinə çevrilir. Digər yerlərdə nağd şəkildə ödənişlərin istənilməsi qanunsuzdur. Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər.
 
Bununla əlaqədar səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız Səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol