• $
  • €
  • ₽
  • ₺
  • £

İsraildə Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb

İsraildə Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb
25.02.2017 14:29
İsraildə Sokolov adına Jurnailstlər evində, Londonda keçirilən və 1992-ci ilin 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş verən hadisələrə həsr olunan TEAS-2017 beynəlxalq ədəbiyyat müsabiqəsinin "Qara qardələnlər” qalib-kitabının təqdimat mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, bu barədə Report-a "Azərbaycan-İsrail” Beynəlxalq assosiasiyasından bildiriblər.

Məlumata görə, təqdimat mərasimində iştirak edən "Qara qardələnlər” povestinin müəllifləri İsraildə yaşayan kinodramaturq Yefim Abbasov və Çexiya və Azərbaycan Yazıçılar ittifaqının üzvü şairə Leyla Bəyim, həmin gecə baş verən dəhşətli hadisələr, eləcə də Xocalıda əzablara düçar qalmış azərbaycanlıların taleyinə laqeyid qala biloməyiblər. Povest bu faciənin qurbanlarının xatirəsinə həsr edilib.  

Tədbirdə İsrail Parlamentinin deputatları Robert İlatov və Konstantin Ravozov, Azərbaycanın Milli Məclisinin deputatı Fuad Muradov, israilin Diplomatik korpusunun nümayəndələri, bələdiyyə rəhbərləri, ictimai təşkilatların rəhbərləri, jurnalistlər, əslən Azərbaycandan olan hazırda İsraildə yaşayan vətəndaşlar iştirak ediblər.

Robert İlatov tədbir iştirakçılarına müraciət edərək, erməni nasistlərinin Xocalıda yqzlərlə günahsız insanın qətlinə, onlarla insanın itkin düşməsinə, minlərlə insanın evsiz-eşiksiz qalmasına səbəb olaninsanlıqdan uzaq olan hərəkətlərini pisləyib.

İsrail Parlamentinin deputatı Konstantin Ravozov Xocalıda öldürülən və doğma yurdlarından didərgin düşən azərbaycanlıların kədərinə şərik olduğunu bildirib, bununla yanaşı ictimaiyyəti bu qəbildən olan vəhşiliklərin gələcəkdə təkrarlanmamaıs üçün unudulmamsının gərək olduğunu bildirib.

Furad Muradov tədbirin təşkilatçılarına Azərbaycanın mürəkkəb geo-siyasi vəziyyətinə həssas yanaşma üçün  təşəkkür edib, eləcə də Azərbaycan hakimiyyətinin 25 il müddətində qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğıdan və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün əlindən gələni etdiyini danışıb.

Tədbir ədəbi-musiqili hissə ilə davam edib. Tədbirin sonunda İsrail və Azərbaycanın himni səslənib.

Qeyd edək ki, tədbir "Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində təşkil edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol