Parisdə Qarabağ münaqişəsi müzakirə ediləcək

Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi və qoşunların qarşıdurma xəttində gərginləşən vəziyyətlə bağlı müzakirə keçiriləcək.
ANN.Az-ın məlumatına görə, Report bu barədə "Radio France İnternational”a (RFI) istinadən xəbər verir.
RFI-nin məlumatına görə, gələn həftə, martın 8-9-da, Ermənistan prezidenti Serj Sarqsyan Fransaya səfər edəcək. Səfər diplomatik əlaqəlarin qurulmasının 25-illiyinə həsr olunub. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə ediləcək.
RFI xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmçinin martın ortalarında Parisə səfəri planlaşdırırlır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:27
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb























