• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni baş nazir təyinatı gözlənilir

Yeni baş nazir təyinatı gözlənilir
05.04.2017 14:18
Ötən il sentyabrın 26-da keçirilmiş referendumda təsis edilən vitse-prezident postlarına təyinatlar bugünlərdə gerçəkləşəcək, bu haqda məlumatı "Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, vitse-prezidentlərin təyinatı ilə paralel olaraq iki strukturda - Nazirlər Kabinetində və Bakı Şəhər İcra Hakimiyyətində ciddi dəyişikliklər gözlənilir.

Qəzetə bu haqda informasıya verən mənbə baş nazir Artur Rasizadə ilə bərabər onun fövqəladə hallar üzrə müavini Abid Şərifovun da öz postunu itirəcəyini iddia edib: "Kənd təsərrüfatını kurasiya edən İsmət Abbasovun da baş nazirin müavini statusunu itirəcəyi gələn xəbərlər sırasındadır”.

Qəzet yazıb ki, birinci vitse-prezidentin kurasiya edəcəyi Nazirlər Kabinetində idarəçiliyə kimin gətiriləcəyi də yəqinləşib: "Bildirilir ki, kabinetə başçılığın baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilməsi daha real görünür. Amma hazırda işləyən nazirlərdən daha iki nəfərin də adı baş nazir iddiaçıları sırasındadır”.

Xəbərdə o da qeyd olunub ki, Bakı meriyasının tabeliyindəki ləğv ediləcək idarələrin siyahısı da hazırlanıb. Belə ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələri, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən başqa digər strukturlar ya birdəfəlik ləğv olunacaq, ya da birləşdiriləcək. Bu struktur dəyişikliyindən sonra isə Bakının yeni icra başçısının təyinatı gerçəkləşəcək. 

Bununla bərabər xəbərdə Hacıbala Abutalıbovun BŞİH-nin rəhbərliyindən gedəcəyi də qeyd edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol