• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb
25.04.2017 16:20
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat ətrafında müzakirə aparılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurasının təsisçilərindən olan Türkiyənin indiki ağır vaxtında bu ölkəyə qarşı monitorinq prosesini açmaq deyil, əksinə Türkiyəyə yardım etmək lazımdır:

"Ümumilikdə hesabatda əks olunanlarla razılaşmaq olar, amma burada bir mühüm məsələ var. Bu da postmonitorinq mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınıb-salınmamasıdır. Bu, qəbuledilməzdir. Düşünün bir görək, postmonitorinqlə monitorinqin fərqi nədədir? Ola bilsin ki, belə bir qərar qəbul olunduqdan sonra ölkə üzrə iki deyil, üç, dörd və daha çox məruzəçi təyin edilsin. Və ya bəlkə bundan sonra Türkiyəyə indikindən daha çox səfərlər ediləcək? Fikrimcə, bu məsələni qabartmaqdansa, biz monitorinq prosesi anlayışının özünü dəyişdirməliyik. Biz, doğrudan da, Türkiyəyə yardım etmək istəyiriksə, o zaman yaxşı olar ki, bu ölkə üzrə xüsusi bir qrup yaradaq. Assambleya üzvlərindən ibarət olacaq bu qrup türk dostlarımızla əməkdaşlıq edərək bu ölkəni, orada gedən prosesləri daha düzgün anlaya bilərdi.

Monitorinq məsələsinə əl atsaq, o zaman biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq. Bununla biz AŞPA olaraq Türkiyə ilə qurduğumuz münasibətləri pisləşdirə bilərik. Hesab edirəm ki, Türkiyənin postmonitorinqdən monitorinq mərhələsinə salınması əksinə, bu ölkənin Avropadan izolyasiyasına gətirib çıxaracaq. Biz bu məsələdə müdriklik nümayiş etdirib, belə kəskin qərarlara əl atmamalıyıq. Hesab edirəm ki, burada bəzi ölkələr, bəzi dairələr bəlkə də məsələnin bu cür inkişaf etməsini arzulayırlar. Ancaq yaxşı olar ki, biz bu müddəanı hesabatdan çıxaraq. Mən sizi, hörmətli həmkarlarımı, Türkiyəni postmonitorinq mərhələsində saxlamağa, bu ölkəni dəstəkləməyə, Türkiyə və eləcə də Avropa üçün bu çətin vaxtlarda bu ölkəyə yardım etməyə çağırıram".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol