• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni nazirdən müharibəyə səbəb ola biləcək - BƏYANAT

Erməni nazirdən müharibəyə səbəb ola biləcək - BƏYANAT
08.05.2017 16:30
"Dağlıq Qarabağ tanınmamış olsa da, ölkədir, münaqişə deyil. Və bu fakt tam başa düşülməyincə, münaqişənin həlli mümkünsüzdür. Orada 25 ildir ki, de-fakto, müstəqil şəraitdə kifayət qədər insan yaşayır.   Onlar özlərinin qəbul etdikləri qərarlara görə məsuliyyət daşıyır, hökumətlərini demokratik prinsiplər üzərində qurur, çoxfraksiyalı parlament formalaşdırırlar",  anews.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan "İnterfaks"a müsahibəsində bildirib. 

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli üzrə apardığı danışıqlar, o cümlədən prezidentlərin qarşıda nəzərdə tutulan görüşü çərçivəsində Vigen Sarkisyanın cəfəng bəyanatlar verməsi münaqişədə Ermənistanın hansı mövqeyə malik olduğunu açıq aşkar ortaya qoyur. 

Maraqlıdır, Vigen Sarkisyanın bəyanatının altında hansı mesaj yatır. Əgər qondarma rejim elə Ermənistan tərəfindən tanınmırsa, niyə Ermənistan onu "demokratik əsaslar üzərində idarə edilən ölkə" kimi xarakterizə edir..? Ermənistanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Sarkisyan administrasiyasının münaqişə ilə bağlı verdiyi açıqlamalar və ya həll prosesləri üzərindən xətt çəkirmi? 

Vigen Sarkisyanın verdiyi açıqlamalar əslində son üçtərəfli görüşdə heç bir razılaşmanın olmadığını, Ermənistanın nəyi ifadə etmək istədiyini ortaya çıxarır. Təbii, bu bəyanat elan edilməyən müharibə prizmasından, elan edilən formaya keçid xarakteri daşıyır və region üçün yeni müharibə təhlükəsini artırır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol