• $
  • €
  • ₽
  • ₺
  • £

Parisdə Vaqif Səmədoğlunun şeirlər toplusu təqdim olunub

Parisdə Vaqif Səmədoğlunun şeirlər toplusu təqdim olunub
07.06.2017 23:00
Parisdə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şeirlər toplusu təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeirləri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur "Doğuldum 1939-da, 1937-də tutuldum " misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.
 
Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari Fətəliyeva isə Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun yaradıcılığından qaynaqlansa da, öz üslubu olduğunu vurğulayıb. Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak edib. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist  Jan Pyer Alali Azərbaycan poeziyasının görkəmli xadimləri və Vaqif Səmədoğlunun şeirləri haqqında təəssüratlarını tamaşaçılarla bölüşüb.

Xatirə gecəsində V.Səmədoğıunun şeirlərinə yazılmış mahnılar səsləndirilib, şairə həsr olunmuş film nümayiş etdirilib. Gecə gənc pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan, həmçinin, Avropa klassik bəstəkarların musiqisindən ibarət konsert proqramı ilə sona çatıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol