• $
  • €
  • ₽
  • ₺
  • £

Putin qonşu ölkəyə 100 minlik ORDU YERİDİR

Putin qonşu ölkəyə 100 minlik ORDU YERİDİR
03.08.2017 12:41
Rusiya Belarusla birlikdə 100 min əsgərin iştirak edəcəyi hərbi təlimlərə hazırlaşır.

Publika.az xəbər verir ki, yayın sonunda başlayacaq təlimlər bir neçə ay davam edəcək.

Təlimlər Rusiya-ABŞ qarşıdurması və NATO-nun Şərqi Avropada rus sərhədlərinə qədər gələrək, bölgəyə hərbi kontingentlər toplaması fonunda diqqət çəkir. Təlimin adı da əslində Kremlin hədəfini aydın göstərir: "Zapad”. Bu, rus dilində "Qərb” deməkdir. Hesab etmək olar ki, Rusiya Belarusda – Şərqi Avropaya qoşun çıxaran NATO ilə üzbəüz bölgədə 100 minlik hərbi təlim keçirməklə, öz mövqeyini açıq şəkildə ifadə edir.

Maraqlıdır ki, hərbi təlimlərin keçiriləcəyi məsələsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə qərar verməsindən sonra gündəmə gəlib. Rusiyanın baş naziri Dmitri Medvedevin "ABŞ yeni sanksiyalarla Rusiyaya qarşı iqtisadi müharibə elan etdi” deməsi də vəziyyətin gərginliyindən xəbər verir.

Bütün bunların fonunda rus ordusunun Şərqi Avropaya doğru hərəkət etməsi qarşıdakı dövrdə dünyanın gündəmində hərbi gərginliyin ön plana çıxacağına işarədir.

ABŞ rəsmiləri hesab edir ki, Rusiya NATO-nun Polşa, Litva və Latviyada güclənməsini bəhanə gətirərək, Belarusda hərbi varlığının artıracaq. 2012-2014-cü illərdə ABŞ-ın Moskva attaşesi olan Peter B.Zvac Rusiyanın "Sizi izləyirik, güclüyük, çox şey öyrəndik, Rusiya ilə qarşıdurmaya getməyin” mesajı verməyə çalışdığını deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol