Azərbaycan yeni raketləri sınaqdan keçirdi

Azərbaycan Ordusunun "Buk-MB” zenit-raket komplekslərinin döyüş atışları icra edilib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının "Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü havahədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























