Erməniləri məhv edəcək PUA-lar sınaqdan keçirildi

İsrailin "Aeronautika" şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik.
Axar.az xəbər verir ki, bunu Müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirib.
Müdafiə sənayesi naziri deyib ki, Türkiyənin "Aselsan" şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır: "Alov" zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq".
www.anews.az
Son xəbərlər 
Daha çox 























