• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailəsi icra hakimiyyətin laqeydliyi ilə üzləşdi - FOTO

Şəhid ailəsi icra hakimiyyətin laqeydliyi ilə üzləşdi - FOTO
02.01.2018 21:53
Qədimovlar ailəsi 2017-ci ili də uçuq daxmada yola saldı.


Mia.az xəbər verir ki, Beyləqan rayonu ərazisində məskunlaşan ailə Ağdam rayonunun Mərzili kəndindən məçburi köçkün düşüb. Fotolarda gördüyünüz şəraitdə övlad böyüdüblər. Elə övlad ki, əli silah tutan gündən Vətənin xidmətinə qalxıb, son damla qanınına kimi düşmənlə döyüşərək əbədiyyətə qovuşub. Vətən yolunda canını verməkdən çəkinməyib…


Söhbət 2017-ci ilin fevralında cəbhədə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan beş Azərbaycan igidinin birinin – şəhid kəşfiyyatçı Qədimov Zülfü Rəhim oğlunun ailəsindən gedir… "Mən oğlumun Vətən yolunda şəhid olması ilə fəxr edirəm. O, xalqımız, millətimiz üçün lazım olanı elədi. Amma bu gün bir şəhid anasi kimi nigarançılığım qapımızın rəsmi qurumlar tərəfindən döyülməməsidir... Məni düzgün başa düşün, mən kimdən, kimsədən çörək istəmirəm. Heç olmasa, bu bayram günündə gəlib halımızı xəbər alaydılar. Hələ bu günə kimi Ağdam rayon İcra Hakimiyyətindən bir nəfər də olsun bu qapıya gəlməyib...”, - deyir şəhid anası Meyxanım Qədimova. Ailənin yaşadığı daxma demək olar ki, uçma təhlükəsi ilə üz-üzədir. Onlar yağışlı havada daxmanın içinə yağış suları dammasın deyə örtüyün sınıq hissələrini qırla sıvayırlar. Lakin buna baxmayaraq sinəsinə övlad dağı çəkilmiş ana rayon rəsmiləri tərəfindən yad edilməməyindən şikayətlənir. Bundan başqa M.Qədimova ailənin ziyarətinə başqa yerlərdən gələnlərin olduğunu da bildirib: 

"Ağdam rayon İcra Hakimiyyətindən bir nəfər də gələn yoxdur. Ordan başqa hər yerdən gələnlər var. Sağ olsun hörmətli general Mais Bərxudarovu, dəfələrlə şəxsən özü evimizə gələrək halımızı xəbər alıb. Bizə təsəlli verib. Hərbçi yoldaşları gəlib. Xocavənd və Beyləqan bölgəsindən olan müharibə veteranları gəlib. Xocavənd rayon İcra Hakimiyyətindən zəng edir, ehtiyaclarımızı öyrənirlər. Bunun özü bizim üçün böyük təsəllidir. Bizə heç kimi heç nəyi lazım deyil. Artıq biz bu şəraitə öyrənmişik...”


Ailə Beyləqan rayonu ərazisində bir neçə məcburi köçkün ailəsinin məşkünlaşdığı kiçik düşərgədə yaşayır. Öz deyimləri ilə desək, yataqda işiqdan başqa heç bir təminatları yoxdur. Yolsuzluğun, içməli suyun, bir sözlə yaşam şəraitinin olmadığı düşərgədəki Qədimovlar ailəsinin daxmasını digər daxmalardan fərqləndirən tək fərqlilik daxmanın üstündə dalğalanan üçrəngli Vətən bağrağıdır. O bayraq ki, şəhid Zülfü Qədimovun son mənzilə yola salınmasından sonra ailənin başının üstündə dalğalanır: "Mən şəhid atası kimi oğlumla və Vətən yolunda canından keçən bütün hər kəslə fəxr edirəm. Həyat yoldaşımın narazılıqlarına mən də qoşuluram. Amma bütün bunlara baxmayaraq, bir keçmiş döyüşçü kimi Ali Baş Komandanımızın döyüş əmrin gözləyirəm. Mən də, digar oğullarım da, hətta həyat yoldaşım da silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə hazırıq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol