• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni silahlar alır

Azərbaycan yeni silahlar alır
11.01.2018 12:32
Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan hərbi gücünün artırır, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır.

Dövlət başçısı, həmçinin qeyd edib ki, növbəti illərdə bu sahədə tədbirlər görüləcək, yeni silahlar alınacaq.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, 2016-2017-ci ildə dünyada baş verən iqtisadi problemlərə baxmayaraq, Azərbaycan Ordusu silahlanma proqramlarını davam etdirib.

Ekspertin fikrincə, ötən il kifayət qədər yeni silahlar qoşunların istifadəsinə verilib:
"Azərbaycan əvvəlki illərdə qarşıya qoyduğu planları yerinə yetirib. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayana qədər, silahlanma prosesi dayandırılmayacaq. Bu proses daha müsair silahlar hesabına bundan sonra da davam etdiriləcək. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin silah və texnika parkı MDB məkanında modernləşməyə görə ilk yerdədir”. 

R.Süleymanov əlavə edib ki, 2018-ci ildə alınacaq yeni silahların müqavilələri əsasən, 2016-2017-ci və ondan əvvəlki illərdə bağlanan müqavilələr üzrə həyata keçiriləcək:

"2018-ci ildə ordumuzun silahlanmasında yeni döyüş və təlim təyyarələri yer alacaq. Eləcə də yeni raket-artileriya komplekslərinin bir qismini ordumuzun 100 illiyi ərəfəsində görəcəyik. Həmçinin yerli hərbi sənayenin yeni məhsulları istifadəyə veriləcək. Bu gün yeni müharibələrdə düşmənin cəbhənin dərinliyində, uzaq məsafədə olan strateji hədəflərini məhv edə biləcək silahlara daha çox ehtiyac var. Bizim əsas məqsədlərimizdən biri də düşməni döyüşə girmədən məhv etməkdir. Bu baxımdan ordumuzun daha dəqiq silahlarla təmin edilməsi vacibdir. Düşünürəm ki, 2018-ci ildə daha çox strateji və dəqiq silahlara üstünlük veriləcək. Eləcə də Hərbi Dəniz Qüvvələrinin yenilənməsi istiqamətində işlər olacaq. Bura yeni gəmilərin sifariş verilməsi və s. məsələlər daxildir”.

Qeyd edək ki, son illər Azərbaycan ordusu ən müasir silahlarla təmin edilib. Silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Alınan ən müasir silah və texnikalar arsenalımızın daha da zənginləşməsini təmin edib. Hazırda bir sıra ölkələrdən müasir silahların alınması istiqamətində işlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev isə bildirmişdi ki, Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol