• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı

AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı
23.01.2018 17:32
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu toplantısında Ermənistanın qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırıb.

AzVision.az-ın məlumatına görə, millət vəkili AŞPA-nın, Avropa İnsan Haqları Komissarının onların azad olunması üçün Ermənistana ciddi təzyiq göstərməməsinə etirazını bildirib, təşkilatı onların pozulan insan haqlarının müdafiəsində daha fəal olmağa çağırıb. 

Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən əziyyətlər və ailələrinin yaşadığı böyük üzüntü barədə məlumatlar verib, təmsil olunduğu qrupu da bu məsələni xüsusi diqqətdə saxlamağa çağırıb:

"Bu məsələni Avropa İnsan Haqları üzrə Komissarı vəzifəsinə namizədlərin qrup üzvləri qarşısında çıxışı zamanı da xüsusi diqqət mərkəzində saxladıq. Onlara suallarımız zamanı bildirdik ki, hazırkı İnsan Haqları Komissarının bu məsələ ilə bağlı fəaliyyəti hiss olunmur və biz bundan çox narazıyıq və etirazımızı da hər zaman bildiririk. O, bir Komissar kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün heç bir ciddi addımlar atmadı. Və Avropa İnsan Haqları Komissarı vəzifəsinə seçkilərdə səs verməzdən öncə hansı namizədin bu məsələlərə xüsusi diqqət yetirəcəyini bilmək istəyirik və mövqeyimizdə də bu məsələ xüsusi rol oynayacaq. Çünki yeni seçiləcək İnsan Haqları Komissarından ikili standartlara yol vermədən Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi haqlarının ciddi müdafiə olunmasını, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ciddi səylər göstərməsini gözləyirik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol