• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən icra başçılarına son xəbərdarlıq

Prezidentdən icra başçılarına son xəbərdarlıq
31.01.2018 12:17
Cənab prezident faktiki olaraq ictimaiyyətə və bəzi məmurlara çox ciddi mesajlar verdi.

Bunu Axar.az-a Prezident İlham Əliyevin yanvarın 29-da "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət başçısı həmçinin Azərbaycanda gedən son dəyişikliklər və iqtisadi islahatlarla əlaqədar beynəlxalq aləmə geniş məlumat verdi:

"Qeyd edildi ki, Azərbaycan müstəqil siyasət yeridir və heç bir dövlətin köməyinə ehtiyacı yoxdur, öz imkanları daxilində islahatları davam etdirəcək. Doğurdan da bu belədir. Son ildə təxminən ölkəyə 230 milyard dollara yaxın investisiya yatırılıb və ölkədə iş yerləri artırılıb. Azərbaycanda ən ciddi problemlərdən olan regionların iqtisadi inkişaf proqramı həllini tapır. Yəni əsas infrastruktur layihələri, su, qaz, işıq, yollarla bağlı problemlər həll olunub. Düzdür, qazla əlaqədar müəyyən problemlər var və ölkə rəhbəri də bildirdi ki, ölkənin qazlaşdırılması prosesi 95 faizə çatmalıdır və SOCAR bu işi sona çatdırmalıdır. Bölgələrdə müəyyən canlanma hiss olunmaqdadır. Getdikdə bölgələrdə sahibkarlığın inkişafı üçün imkanlar daha da genişlənir. Çünki kənd təsərrüfatı, sənaye və turizm sahəsi ilə bağlı regionlara diqqət həddindən artıq böyükdür. Məhz Cənab Prezidentin keçirdiyi islahatlar nəticəsində Azərbaycanda 2017-ci ildə turizmdə 20 faizdən çox artım qeydə alınıb. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım var. İlk dəfə olaraq ölkədə ticarət balansında müsbət saldo - 6 milyarda yaxın vəsait əldə edilib. Yəni iqtisadi islahatlar öz bəhrəsini verir. Prezident 2016-cı ildə dekabrın 16-da Strateji Yol Xəritəsini imzaladı və buna uyğun olaraq da ölkədə islahatlar davam edir”.

Deputat vurğulayıb ki, hazırda ən diqqət çəkən məqamlardan biri əhalinin bölgələrə marağının artmasıdır:

"Əvvəllər əhali daha çox şəhərə maraq göstərirdi, ancaq indi bölgələrdə iş yerləri, müəyyən fabriklər açılır. Toxuculuq kombinatları, sənaye parkları və məhəllələri yaradılır. Bütün bunların hamısı faktdır.

İkincisi, Azərbaycan son illər çox ciddi beynəlxalq layihələr həyata keçirib. Bu layihələrə maraq artır. Üstəlik, TANAP və TAP layihəsi həyata keçirilir. Azərbaycan Gürcüstan və Türkiyə vasitəsilə qazını xaricə ixrac edəcək. 2017-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildi. Bu layihə Avropa ilə Asiyanı birləşdirən bir yoldur. Yaxın müddətdə bu xətlə 10 milyon tona yaxın yük daşınacaq. Türkiyə, Rusiya, Çin və Orta Asiya dövlətlərinin bu layihəyə marağı böyükdür. Bilirsiniz ki, Qaradağda böyük Ələt limanı tikilir. Azərbaycan orada xüsusi iqtisadi zona təşkil edəcək və bununla bağlı qanun qəbul ediləcək. Azərbaycanda aparılan işlər hərtərəfli gedir. Ona görə də atılan adımlar müsbətdir. Ölkə rəhbəri bütün bunların hamısını ilk dəfə olaraq çox ciddi rəqəmlərlə göstərdi. Prezident yerli icra hakimiyyəti orqanlarına ciddi mesajlar da verdi ki, bütün məsuliyyət onların üzərinə düşür. Söhbət investisiyaların cəlb edilməsi və investorlarla əlaqə yaratmaqdan gedir. Prezidentin son xəbərdarlığı o anlama gəlir ki, bundan sonra icra orqanlarının işlərinə məhz bu kontekstdə qiymət veriləcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol