• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan Türkiyə ilə sərhədlərin açılmasını istəyir

Sarkisyan Türkiyə ilə sərhədlərin açılmasını istəyir
18.02.2018 09:58
Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir.  "İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
 
"Zaman burada, sanki, dayanıb. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Mənim təşəbbüsümlə başlanmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilərdi.  Lakin, münasibətlərinin normallaşdırılmasına dair Ermənistan-Türkiyə protokolları kağız üzərində qaldı”, - deyə Serj Sarkisyan bildirib.    
 
"Türkiyə nəinki bu protokolları ratifikasiya etmədi, hətta, sənədlərə heç bir aidiyyəti olmayan ilkin şərtlər irəli sürdü. Bu, tarixi fürsətin əldən verilməsindən başqa bir şey deyil”, -  deyə  S.Sarkisyan qeyd edib.    
 
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanmışdır”, - deyə S.Sarkisyan bildirib.    
 
"Türkiyə protokolların ratifikasiyası üçün yeni şəraitin yaranmasını gözləmək niyyətindədirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənəd üzrə aparılmalıdır. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”,  - deyə . Ermənistan prezidenti çıxışı zamanı bildirib.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol