• $
  • €
  • ₽
  • ₺
  • £

"Son illərdə xeyli uğurlar əldə etmişik" - Məmmədyarov

"Son illərdə xeyli uğurlar əldə etmişik" - Məmmədyarov
13.03.2018 12:12
"Yeni İpək Yolu təşəbbüsü olduqca önəmlidir. Birbaşa okena çıxışı olmayan Azərbaycan bu layihə, bu təşəbbüs vasitəsilə Avropa və dünya bazarlarına çıxış əldə edir. Xarici İşlər Nazirliyi İpək Yolunun dəstəklənməsi qrupunun yaradılmasını lap başlanğıcdan dəstəkləyib. Azərbaycan bu qrupa artıq 22 ölkənin qoşulmasına görə məmnundur"
 
AzVision.az xəbər verir ki, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

XİN rəhbəri bildirib ki, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafında xeyli irəliləyiş, uğur əldə edib: "Azərbaycan ənənəvi olaraq müxtəlif enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olmasında xüsusi rol oynayır. Artıq 2020-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Lakin biz son illər müxtəlif sahələrə diqqət ayırmağa başladıq. Bunlardan biri də nəqliyyat sektorudur. Biz Ələt limanı və onun ətrafında sərbəst iqtisadi zonanı yaratmaqla Azərbaycanın yeni regional ticarət mərkəzinə çevrilməsi üçün işlər görürük. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir, logistika mərkəzləri yaradır.

Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 500 milyard dollardır. Bu cür layihərin yaradılması isə bu istiqamərdə rəqabəti artır. Bakı -Tbilisi-Qars dəmiryolu 6-7 milyon ton yük daşıma iqtidarındadır. Bu göstərici 17 milyona qədər artacaq. BTQ ikə həmçinin bir miıyon sərnişinin daşınması gözlənilir. Biz bu göstəricini 3 milyon nəfərə çatdırmaq niyyətindəyik. BTQ Avropa və Asiya dəmiyolları şəbəkələrinin birləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol