• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva diplomatların xanımları ilə görüşdü

Mehriban Əliyeva diplomatların xanımları ilə görüşdü
20.03.2018 20:26
Martın 20-də, Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Mehriban Əliyeva görüşdə çıxış edib:
 
 
"- Əziz qonaqlar.
Əziz dostlar.
 
 
Mən hamınızı salamlayıram və Novruz bayramı, həmçinin fürsətdən istifadə edərək bu yaxınlarda qeyd olunan Beynəlxalq Qadınlar Günü münasibətilə Sizə təbriklərimi çatdırıram. Novruz Azərbaycanda ən qədim və sevimli bayramlardan biridir. Novruz yazın rəmzidir və mən sizin hər birinizə və ailələrinizə cansağlığı, böyük xoşbəxtlik və sevgi arzulamaq istərdim. Mən, həmçinin sizin burada - Azərbaycanda təmsil etdiyiniz ölkələrə hörmətimi ifadə etmək, xalqlarınıza sülh və əmin-amanlıq arzu etmək istərdim. Mən "HOMS Qrupu Səfir Xanımları Cəmiyyəti”nin fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin şəxsi səviyyədə fəaliyyətiniz ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.
 
 
Əziz dostlar, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub. Bu gün müasir Azərbaycanda biz fəxr edirik ki, ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq və multikulturalizm mərkəzlərindən biri kimi yaxşı tanınır. Bu il bizim üçün çox əlamətdar bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub saxlayırıq. Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar atmışıq. Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir.
 
 
Əziz dostlar, bu gün əfsuslar ki, bütün dünyada çox sayda münaqişə, müharibə, yüz minlərlə günahsız insanın öldürülməsinin şahidi olduğumuz bir dövrdə sülh və əmin-amanlığı təmin etməyin yolunun dialoq və qarşılıqlı hörmət olduğunu nümayiş etdirmək çox vacibdir. Buna görə, Azərbaycan qarşılıqlı anlaşma və dialoq üçün beynəlxalq platformanın yaradılmasına bu qədər sadiqdir. Mən bir daha sizin hamınıza humanitar sahədə fəal mövqeyinizə, xeyriyyəçilik sahəsində fəaliyyətinizə görə minnətdarlığımı ifadə etmək istərdim. Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir. Mən bir daha sizə dərin təşəkkür edirəm. Sizin hamınızı salamlamağa çox şadam. Mən Novruz bayramı münasibətilə bir daha təbriklərimi çatdırıram. Bir daha sizin hər birinizə və ailələrinizə xoşbəxtlik arzulamaq istərdim və ümid edirəm ki, görüşümüzdən, Azərbaycan mətbəxi və gözəl Azərbaycan musiqisindən zövq alacaqsınız. Xoş gəlmisiniz. Novruz bayramınız mübarək!”
 
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
 
 
Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol