• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfiri Azərbaycanda hamam bərpa etdirdi

ABŞ səfiri Azərbaycanda hamam bərpa etdirdi
26.03.2018 18:02
ABŞ səfirlərinin Mədəni İrsin Qorunması Fondu Quba şəhərində tarixi "Hündür günbəzli hamam"ı bərpa edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hamam Amerika səfirlərinin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyilə və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətilə birgə bərpa edilib.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri R.Sekuta və xanımı, mədəniyyət naziri Əbülfəz Qarayev, Quba icra başçısı Ziyəddin Əliyev, ictimaiyyət nümayəndələri iştirak edib. Çıxışlarda bildirilib ki,18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində şərq memarlıq üslubunda -qırmızı kərpicdən inşa edilmiş bu tarixi hamam Nazirlər Kabinetinin qərarı ilə yerli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Hamamın binasının fasad, dam, divar, pilləkən hissəsi və otaqları yenilənərək əsaslı bərpa edilib, ətrafı hasarlanıb. Ərazidə xüsusi bərpa işləri görülüb.Açılış mərasimində qeyd olunub ki, vaxtilə hamam kimi fəaliyyət göstərmiş bu tarixi abidə indi hamam statusu daşımayacaq, vətəndaşlara, sakin və turistlərə açıq olacaq. Burada yerli sənətkarların əl işlərindən ibarət sərgilər, müxtəlif tədbirlər keçiriləcək.

İştirakçıların diqqətinə çatdırılıb ki, 2001-ci ildən fəaliyyətdə olan Amerika səfirlərinin Mədəni İrsin Qorunması Fondu indiyədək 100-dən çox ölkədə müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının , bir sözlə, məhv oımaq təhlükəsində olan mədəni abidələrin bərpasına dəstək verib və xeyirxah missiya bundan sonra da uğurla davam etdiriləcək.

Mədəniyyət naziri Əbülfəz Qarayev bu tarixi hamamın bərpasının Qubaya gələn yerli və əcnəbi turistlər üçün xüsusilə maraqlı olacağını deyib. Quba icra başçısı Ziyəddiin Əliyev qubalılar adından hamamın bərpasındakı xüsusi xidmətlərinə görə Amerika səfiri Robert Sekutaya və xanımına təşəkkür edib.









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol