• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər bu tarixdə istefaya gedəcək

Nazirlər bu tarixdə istefaya gedəcək
12.04.2018 11:00
Dünən – 11 aprel tarixində Azərbaycanda prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən İlham Əliyev etibarlı bülletenlərin 92,2 faizinin nəticələrinə görə, 86.09 % səslə liderdir və onun qələbəsi artıq şübhəsizdir.

Axar.az xəbər verir ki, ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində - ən geci 25 aprelə qədər - Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Konstitusiya Məhkəməsinin bu qərarından sonrakı 3 gün ərzində isə prezident andiçmə mərasimi keçirəcək. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, İlham Əliyev səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefaya göndəriləcək.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Təxmini hesabla aprel ayının son gününə yuxarıda sadaladığımız vəzifə sahibləri istefaya göndəriləcək.

Hazırda Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə heyətinin üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir.

Məlumat üçün bildirək ki, 2013-cü il 9 oktyabr sonuncu prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi 44 nəfərdən ibarət idi. 4 il ərzində aparılan müxtəlif islahatlar, imzalanan sərəncamlar səbəbindən NK-nin tərkibi azalaraq 42 nəfərə enib.

Bu 4 il ərzində Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzinə Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Həmçinin MTN başçısı Eldar Mahmudov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Nəqliyyat naziri Ziya Məmmədov, Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol