• $
  • €
  • ₽
  • ₺
  • £

Mehdiyevdən sərt xəbərdarlıq: onlar həbs olunacaq - VIDEO

Mehdiyevdən sərt xəbərdarlıq: onlar həbs olunacaq - VIDEO
25.04.2018 14:33
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazirlər Kabinetinin tərkibinə daxil edilən kadrları təqdim edərkən həm köhnə komandaya, həm də yeni rəhbərlərə mühüm ismarışlar verib.

Axar.az xəbər verir ki, akademik konkret olaraq "rüşvətxorluğa son qoyulmalıdır” deməklə qurum rəhbərlərinin əsas iş prinsipini müəyyənləşdirib.

O, Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən Azərbaycanın "qapısı”nın şəffaf olmasının vacibliyini xüsusi qeyd edib. Bu, yeni rəisə tapşırıq, keçmiş DMX rəisi Firudin Nəbiyevə isə xəbərdarlıq idi.

Kollektiv qarşısında səsləndirilən sərt açıqlamaları isə təsadüfi hesab etmək olmaz. R.Mehdiyev bununla həm də yeni nazirlərə iş prinsipi və onlara etimadın səbəbini izah etdi.

Sitat: "Miqrasiya Xidmətində şəffaflıq, təmizlik olmalı, rüşvətxorluğa son qoyulmalıdır. Elə olmasın ki, bu neqativliklər baş versə, aidiyyəti insanlar məsuliyyətə cəlb olunsun”.

R.Mehdiyevin Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr Fuad Muradovu kollektivə təqdim edərkən də keçmiş sədr Nazim İbrahimovun fəaliyyətsizliyini dilə gətirməsi həm də Muradova bir tapşırıq, onun fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi idi.

Xüsusilə qeyd edək ki, yeni təyinatların orta yaş həddi 44 təşkil edir. Bu sübut edir ki, hökumətin gənc nazirlərə etimadı böyükdür.

Kabinetin yeni tərkibində edilən köklü dəyişiklik və gəncləşdirməni şərh edən iqtisadçı alim Vüqar Bayramov Axar.az-a açıqlamasında bildirib ki, yeni kadrların təyini islahatlara yeni nəfəsin gətirilməsində mühüm rol oynayacaq:

"Yeni kabinetdə gənclərin və eləcə də yeni simaların olması təqdirəlayiqdir. Hökumətin praktik olaraq postneft dövrünə uyğun gəncləşdirmə aparması və yeni simaları kabinetə daxil etməsi müsbət mesajlar verir.

Əslində kabinetin tərkibi formalaşdırılmamışdan öncə struktur dəyişiklikləri də baş verdi ki, bunu da xüsusilə vurğulamaq lazımdır. Bir neçə qurumun ləğvi və yeni qurumun yaradılması təqdirəlayiqdir”.

V.Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı struktur dəyişiklikləri ilə bağlı təkliflər hökumət tərəfindən zaman-zaman qəbul edilir:

"O cümlədən, Antinhisar Xidmətin ayrılması və yeni qurum kimi fəaliyyət göstərməsi də bizim mərkəzin təklifi idi. Təqdirə layiqdir ki, bu təklif də qəbul edildi.

Prosesin davam etdirilməsinə mütləq şəkildə ehtiyac var. Artıq kabinet formalaşır və güman edirəm ki, gələcəkdə də gəncləşdirmə siyasəti aparılacaq.

Artıq postneft dövrüdür və iqtisadiyyatın şaxələnməsi prioritetdir. Xüsusilə kənd təsərrüfatı kimi əhəmiyyətli sahəyə gənc və yüksək səviyyəli şəxsin təyini göstərdi ki, neftdən asılılığın aradan qaldırılması əsas hədəfdir. Bu hədəflərə çatmaq üçün daha çevik və gənc hökumətə ehtiyac var idi. Bu konteksdən də yeni formalaşan hökumət həmin çevikliyin təminatı üçün gənclərə üstünlük verdi”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol