• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabinetinin yeni tərkibi - Tam siyahı

Nazirlər Kabinetinin yeni tərkibi - Tam siyahı
26.04.2018 10:57
Azərbaycanda yeni formalaşdırılan hökumətə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı açıqlanıb.

Report xəbər verir ki, nazirlik və komitələrin siyahısına Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daxildir.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanlarının siyahısında Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi, Dövlət Turizm Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyi yer alıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Prezidentin digər sərəncamı ilə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib, qurumun əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyi yaradılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol