• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan qarışdı: Bakı hücum etməlidirmi? – İki variant

İrəvan qarışdı: Bakı hücum etməlidirmi? – İki variant
02.05.2018 12:11
Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər. Biz isə öz növbəsində belə bir gəminin marşrut trayektoriyasını öyrənməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistandakı son vəziyyəti dəyərləndirərkən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, Azərbaycan indiki vəziyyətdə ermənilər qədər Ermənistanda hadisələrin necə inkişaf edə biləcəyi üzərində düşünməlidir:

"Ermənistanda vətəndaş müharibəsi başlayarsa, bu nə dərəcədə Azərbaycanın xeyrinə olacaq? Ermənistan 1990-cı illərin əvvəllərində eyni sutiasiyadan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb. Bəs, biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan yararlanmalıyıqmı? Bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb, ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qisim isə tam tərsinə deyir ki, hücuma keçsək, Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-ci illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə, yenə qarşımızda Rusiyanı görəcəyik”.

Politoloq bildirib ki, müharibə variantının riskləri az deyil:

"Ancaq Ermənistanı elə bugünlərdə də hərbi təzyiq altında saxlamağa Rusiya bizə mane olmur. O ki qaldı Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir, bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Sərkisyanın dediklərini təkrarlasa da, hər halda, nə Köçəryan, nə də Sərkisyandır. Zənnimcə, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol