• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan: Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir

Sarkisyan: Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir
13.05.2018 11:04
Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsilə bağlı fikirlərini təhlükəli adlandırıb.
"Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirlərilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”, – Oxu.Az xəbər verir ki, bunu Sarkisyan "Ararat” qəzetində verdiyi müsahibədə bildirib.  
Onun sözlərinə görə, baş nazir bəyan edib ki, Ermənistan münaqişə tərəfidir:
"Belə bir iddia ilə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağda təklükəsizliyinin təminatçısı kimi, danışıqlar tərəfdaşı kimi tanıyır. Münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər.
Həmçinin baş nazirin danışıqlar prosesində Ermənistan deyil, "Dağlıq Qarabağ Respublikası” (DQR) çıxış etməlidir, deməsi də anlaşılmazıdır. Belə çıxır ki, danışıqlar zamanı Ermənistan ayrı, "DQR" ayrı çıxış edəcək? İndiyə qədər bu, belə olmayıb. Daha sonra isə baş nazir danışıqlar üçün yeni yanaşmadan bəhs edib.
Ola bilsin ki, bu, ön şərtdir. Yəqin ki, baş nazir "DQR” olmadan son qərara nail olunmaz, bildirmək istəyib. Bu mövqe dəfələrlə eks prezident Serj Sarkisyan tərəfindən səsləndirilib. Həmçinin bu yanaşma ATƏT-in Minsk Qrupu həmsədr-ölkələri tərəfindən də dəstəklənir”, - deyə eks nazir bildirib.
Həmçinin sabiq nazir Paşinyanın "DQR”in beynəxalq tanınması ilə bağlı mövqeyini də "anlaşılmaz” adlandırıb:
"Ermənistan hər zaman bəyan edib ki, statusun beynəxalq tanınması nizamlanla prosesinə də uyğun olmalıdır. Hər zaman tanınma ilə bağlı qətnamələri "DQR” xalqı üçün hörmət əlaməti olaraq alqışlamışıq. Lakin heç vaxt təşəbbüskar kimi çıxış etməmişik”.
Onun sözlərinə görə, baş nazirin bəyanatlarında danışıqlar prosesindən xəbərsizlik hiss olunur:
"Misal üçün, sülhməramlıların yerləşdirilməsi məsələsinin heç zaman gündəmdə olmaması ilə bağlı iddia. Sülhməramlıların yerləşdirilməsi məsələsi bir sıra sənədlərdə, o cümlədən Madris prinsiplərində öz əksini tapıb”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol