• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyanın qisas şansı qalmadı - 19 ildə ilk dəfə...

Sarkisyanın qisas şansı qalmadı - 19 ildə ilk dəfə...
05.06.2018 12:04
Ermənistanın Respublika Partiyasından olan bir neçə deputat partiyasının parlament fraksiyasından çıxmağa qərar verib.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyinin müxbirinə deputatların yaxın ətrafındakı mənbə bildirib.

"Partiyanı tərk etmək niyyətində olan bütün deputatlar böyük biznesmenlərdir. Onlar qısa müddətdə öz qərarlarını açıqlamağa hazırlaşırlar. Nəticədə, respublikaçılar parlamentdə azlıqda qalacaqlar”, - mənbə qeyd edib.

Respublika Partiyası 105 yerlik parlamentdə 54 deputatla təmsil olunur. Deputatların partiyanı tərk etməsindən sonra isə Respublika Partiyası 19 il ərzində ölkənin qanunverici orqanında ilk dəfə azlıqda qalacaq. Partiya 1999-cu ildən hakimiyyətdədir və parlament seçkilərində beş dəfə - 1999, 2003, 2007, 2012 və 2017-ci illərdə qələbə qazanıb.

Daha əvvəl Şırak Torosyan, Artur Qevorqyan, Arman Saakyan və Feliks Solakyan partiyanın parlament fraksiyasından çıxdığını bəyan ediblər.

Qeyd edək ki, mayın 8-də Nikol Paşinyanın baş nazir seçilməsindən sonra Respublika Partiyası müxalifətə keçdiyini elan edib. Ekspertlər iddia edirdilər ki, partiya hökumətdən getsə də, parlamentdəki əksəriyyətin hesabına Paşinyanın hökumətinin işini iflic etməyə və hakimiyyətə qayıdış imkanlarını axtarmağa çalışacaqlar. Partiyanın parlamentdə azlıqda qalması bu imkanı heçə endirir.

Respublika Partiyasına keçmiş prezident və baş nazir Serj Sarkisyan rəhbərlik edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol