• $
  • €
  • ₽
  • ₺
  • £

“Kim Çen In Trampla görüş üçün diz çökərək yalvardı” – Ağ Evdən açıqlama

“Kim Çen In Trampla görüş üçün diz çökərək yalvardı” – Ağ Evdən açıqlama
07.06.2018 22:25
ABŞ prezidentinin vəkili Redolf Culiani Şimali Koreya lideri Kim Çen Inın görüş üçün yalvardığını açıqlayıb. Vəkilin sözlərinə görə, prezident Donald Tramp 12 iyuna təyin olunmuş sammitin ləğv olunamsı ilə bağlı qərar verəndən sonra Kim Çen In "diz çökərək” yalvarıb.
"Onlar bizim vitse-prezidenti və milli təhlükəsizlik məsələləri üzrə müşavirimizi təhqir etdilər. Bizi nüvə müharibəsi ilə hədələdilər və qalib gələcəklərini bəyan etdilər. O zaman biz görüşü ləğv etdik. Bundan sonra Kim Çen In diz çökərək görüş üçün yalvardı”,- deyə Trampın vəkili "Bloomberg” nəşrinə açıqlamasında bildirib.
R.Culiani əlavə edib ki, Kim Çen In məhz o vəziyyətdə qalmalıdır: "Ona qarşı məhz belə davranmaq lazımdır”.
Rudolf Culiani və Donald TrampSammitin ləğvi ilə bağlı qərardan bir müddət sonra ABŞ prezidenti görüşün baş tutacağı barədə açıqlama vermişdi. Məlum olub ki, Şimali Koreyanın Vaşinqtona səfər edən yüksək vəzifəli məmuru Trampa Kim Çen In tərəfindən yazılmış məktubu təqdim edib. Amma Ağ Ev sahibi məktubun detallarını açıqlamayıb.
Həmçinin xəbər verildiyi kimi ABŞ-Şimali Koreya sammiti ərəfəsində Kim Çen In Koreya Xalq Ordusunun rəhbərliyini bütünlüklə dəyişib. Nüvə proqramının qaynar vaxtlarında yüksək vəzifələrə layiq görülmüş bir sıra nüfuzlu hərbçilər vəzifədən azad ediliblər. Onların əvəzinə beynəlxalq əlaqələr sahəsində təcrübəsi olan daha çevik siyasətçilər təyin ediliblər. (Xaricimedia.com)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol