• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu iki CƏBHƏDƏN İRƏLİLƏYİR

Azərbaycan Ordusu iki CƏBHƏDƏN İRƏLİLƏYİR
11.06.2018 15:42
Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb. Buna paralel olaraq, Qarabağ cəbhəsində atəşkəsi pozaraq, Azərbaycan mövqelərini güllə yağışına tutan erməni hərbi birləşmələrinə də ağır cavab verilib. Ordumuzun cavab atəşi nəticəsində iyunun 8-də erməni hərbi birləşmələrinin əsgəri Gevork Xaçaturyan, iyunun 10-da isə gizir Vaan Eloyan ölümcül yaralanıb.

Publika.az xəbər verir ki, bu hadisələr fonunda erməni ekspertlər müharibənin addım-addım yaxınlaşdığını deyirlər.

Siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir.

"Bakıda müharibəyə hazırlıq gedir və Naxçıvan cəbhəsində ərazilərin azad edilməsi ilə bağlı informasiya İrəvanın bütün təkziblərinə baxmayaraq, reallıq yükünü artırır. Azərbaycanda seçkilər çoxdan başa çatıb və seçki vaxtı olmadığı üçün heç kim deyə bilməz ki, Bakı təbliğat aparır. Əksinə Azərbaycan Ermənistanda "məxməri inqilab”dan sonra yaranmış qarışıq vəziyyətdən istifadə edir”, - deyə o bildirib.

Sarqis Artsruni qeyd edir ki, cəbhədə baş verənlər Bakının Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın iştirakı ilə bağlı istəyinə cavabıdır: "Ermənistanda hələ ki, hakimiyyətin və xarici siyasətin formalaşması gedir. Ermənistan-Rusiya münasibətləri relsə oturmayıb və belə bir situasiya Azərbaycanın əlini gücləndirir”.

Erməni şərhçi Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 7-də Moskvada baş tutan görüşünü xatırladıb.

"Lavrov bildirdi ki, Qarabağın danışıqlarda iştirakı ilə bağlı Bakı və İrəvan öz aralarında razılaşmalıdır. Belə görünür ki, Rusiya topu Azərbaycana ötürdü. Lakin bu, həm də o deməkdir ki, Moskva İrəvanın təklifini diplomatcasına rədd etdi və Azərbaycanın mövqeyini dəstəklədi. Rusiyanın belə mövqeyi Azərbaycanın əraziləri güc yolu ilə qaytarmaq tələbinin önünü açır”, - deyə o bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol