• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrovdan İrəvana sərt xəbərdarlıq

Lavrovdan İrəvana sərt xəbərdarlıq
12.06.2018 15:43
Rusiya ilə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri, xüsusən də İrəvan arasında gərginliyə səbəb olan ciddi mübahisəli vəziyyət yaranıb. 

AzVision.az "Kommersant”a istinadən bildirir ki, Moskva KTMT-yə üzv dövlətin ərazisində, o cümlədən Ermənistanda ABŞ laboratoriyalarının yeləşdirilməsindən hədsiz narazıdır.
"Kommersant”ın yazıdığına görə ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Alma-Atada keçirilən KTMT xarici işlər nazirləri toplantısında bu məsələni qaldırıb. Lavrov Ermənistan və Qazaxıstan ərazisindəki ABŞ-ın maliyyə dəstəyilə açılan və fəaliyyət göstərən laboratoriyaların Rusiyanı narahat etdiyini bildirib. 

Belə laboratoriyalar Ukrayna və Gürcüstanda da var. Qeyd olunur ki, Rusiyanın xüsusi xidmət orqanları və alimləri Amerikanın nəzarətində olan bu cür laboratoriyaların postsovet məkanında yaradılması və yayılmasından narahatdırlar. Çünki həmin laboratoriyalar sonda hansısa yolla Rusiyaya qarşı istifadə oluna bilər. 

Laboratoriyaların Qərbi Avropa ölkələrində yox, nədənsə Rusiyanın yaxın ətrafında – inqilab və dövlət çevirişlərinin baş verdiyi və onun əsas müttəfiqləri olan postsovet dövlətlərində yerləşdirilməsi suallar doğurur. 

"Kommersant” yazır ki, Moskva həmin laboratoriyalara giriş əldə etmək istəyir. Hətta bioloji tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı İrəvanla ayrıca sənədin imzalanması da müzakirə olunur. Moskva hesab edir ki, bu, rus mütəxəssislərinə Ermənistandakı ABŞ laboratoriyalarına girişi təmin edəcək. Çünki ABŞ laboratoriyaları heç də bəyan etdikləri məqsəd və vəzifələrə - Ermənistanda epidemioloji təhlükəsizliyin yüksəldilməsinə xidmət etmir. 

Moskvanın İrəvanla bağlı narahatlığı anlaşılandır. Bundan öncə "Kommersant” yazmışdı ki, Ermənistan baş naziri Nikol Paşinyan ən vacib postlardan biri – müdafiə naziri vəzifəsinə 2004-2007-ci illərdə Ermənistan silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi, konkret olaraq, NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyanı təyin edib. Sübut olunub ki, Tonoyan Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Və artıq Gürcüstan və Ukraynada "uğurlu” fəaliyyət göstərən belə laboratoriyalar epidemioloji tədqiqatlar yox, bioloji silah yaradılması üzərində işləyir. Rusiya üçünsə bu, müttəfiqinin potensial təhdid mənbəyi olması deməkdir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol