• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şəhid qəbirləri niyə dağılıb? - VİDEO

Bakıda şəhid qəbirləri niyə dağılıb? - VİDEO
25.06.2018 19:13
Bir neçə gündür sosial şəbəkələrdə dağılmış əfqan şəhidlərinin qəbirlərinin görüntüləri yayılıb. İddia edilir ki, bu məzarlar bilərəkdən, kimlərsə tərəfindən dağıdılıb. 

"Qafqazinfo”nun əməkdaşları bu gün qəbirlərin yerləşdiyi Xırdalan qəbiristanlığında olublar. Məlum olub ki, məzarlığın ən yüksək nöqtəsində yerləşən 7 əfqan şəhidinin qəbirlərinin başdaşı aşmış vəziyyətdədir. Onlar 90-cı illərin əvvəllərində Azərbaycana gələrək Qarabağ müharibəsində döyüşərək şəhid olublar. 

Qəbiristanlığın rəhbəri İsamil İsayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, əfqanların başdaşıları 4-5 ildir ki, bu vəziyyətdədir: "O vaxt güclü külək olanda 3 qəbirin başdaşı aşıb sındı. Elə həmin vaxt da onların ictimai birliyinin üzvləri gəlib qalan 4 daşı yerə qoydular ki, aşıb sınmasın. O vaxtdan da belə qalıb. Bu məsələ son günlər gündəmə gələndən sonra polisdən və icradan gəlib baxdılar. Sonra dedilər ki, ictimai birliyin üzvləri harasa müraciət ediblər, pul ayrılacaq. Yaxın günlərdə qəbirlərin üstü və başdaşılar yenidən təmir olunacaq. Amma bizə dəqiq vaxt deyilməyib”.

Qəbiristanlıq ərazisində işləyən şəxslərlə söhbətimiz zamanı bəlli oldu ki, həmin qəbirləri axırıncı dəfə 2008-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti təmir etdirib. Meriyanın Əhaliyə Vətəndaşlıq Trestinin müdiri Cavanşir Tağıyev başdaşılarını qoydurub. Lakin həmin zaman ustalar başdaşının altında bərkidici dəmir şit yerləşdirməyib və mərmərdən olan bir neçə yüz kiloluq daşlar az miqdarda yapışdırıcı ilə yerə bərkidilib. Həmin ərazi də yüksəkdə yerləşdiyi üçün güclü küləyə tab gətirməyib. 

Qeyd edək ki, qəbiristanlıq ərazisi 62 hektardır, onun bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə, digər hissəsi isə Abşeron rayon İcra Hakimiyyətinə məxsusdur. Əfqan şəhidlərinin qəbirlərindən 5-i meriyanın, 2-si isə Abşeronun ərazisindədir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol