• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Tramp Qarabağı müzakirə edəcək - ŞƏRH

Putin və Tramp Qarabağı müzakirə edəcək - ŞƏRH
16.07.2018 13:30
 
Cənubi Qafqaz regionu hazırda çox təhlükəlidir. Bu gərginliyi nəzərə alaraq Tramp və Putin Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. 

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Tofiq Abbasov Putin və Trampın bu gün Helsinkidə keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib. 

Ekspertin fikrincə, liderlər beynəlxalq gündəliyin ağrılı nöqtələrini müzakirə edəcəklər və bu mənada böyük ehtimal var ki, onlar Qarabağ problemi ilə bağlı fikirlərini bölüşəcəklər. 

"Bu gün Dağlıq Qarabağdakı vəziyyət arzuolunmazdır. Paşinyanın rəhbərlik etdiyi Ermənistan Azərbaycanın planları ilə razılaşmır, kompromis üçün göstərilən bütün variantları rədd edir. Bununla yanaşı, Yerevan təmas xəttinə diversiya qrupu göndərərək, təxribatları davam etdirir”, - T.Abbasov əlavə edib. 

Müsahib hesab edir ki, tərəflərin bir-birini dinləməyə hazır olmasından çox şey asılıdır. 

"Sözsüz ki, görüşdə Ukrayna ətrafında məsələ ikinci plana keçəcək. İndi Moskva və Vaşinqton bəzi maneələri aşmağa və xüsusilə mühüm məsələlərdə əməkdaşlıq üçün həll axtarmağa qərarlıdırlar”, - o deyib. 

Politoloq əlavə edib ki, bu gün Amerika kompromisə getməyə hazırdır:

"Sirr deyil ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki siyasətinin vektorunu dəyişdirir, demək olar ki, onu yumşaldır. Bir vaxtlar Barak Obamanın dövründə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən Amerika bu gün onun hakimiyyətdə saxlanılmasının mümkünlüyünü qəbul edir. Bütün bunlar o deməkdir ki, Amerika kompromisə getməyə hazırdır”, - ekspert qeyd edib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol