• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan Qarabağla bağlı absurd mövqe

Paşinyandan Qarabağla bağlı absurd mövqe
01.08.2018 13:58
Ermənistanın baş naziri Nikol Paşinyan "RFI" radiosuna verdiyi müsahibədə ölkəsinin daxiil və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsilə bağlı sualları cavablandırıb.

AzVision.az xəbər verir ki, Paşinyan mövcud nizamlanma formatına zidd əvvəlki destruktiv bəyanatlarından əl çəkməyib.
Bildirib ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə qarant ölkədir. Lakin bu, o demək deyil ki, bundan sonrakı danışıqlarda onun yerinə çıxış etməlidir. Paşinyanın fikrincə, münaqişənin həllində indiyədək irəliləyişə nail olunmamasının səbəbi də budur.

"Əgər Bakı münaqişənin nizamlanmasında həqiqətən maraqlıdırsa, onda Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtmasında da maraqlı olmalıdır”, – deyə işğalçı ölkənin baş naziri münaqişənin həllini tapmamasında yenə də Azərbaycanı ittiham edib. 

Xatırladaq ki, bir çox tanınmış rus və qərb politoloqları öz açıqlamalarında dəfələrlə bəyan ediblər ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı absurd şərtləri Ermənistanın münaqişə ilə bağlı məhsuldar danışıqlar aparmaq istəyinin olmamasını sübut edir. Onların fikrincə, sülh danışıqlarının intensivləşməsi üçün ən vacib şərt münaqişə tərəflərinin, yəni Ermənistanla Azərbaycanın özlərinin danışıqlara hazır olmasıdır. Lakin İrəvanın bəyanatlarından aydın olur ki, indiki halda Azərbaycandan fərqli olaraq, Ermənistan hər dəfə danışıqlar formatına zidd yeni şərtlər irəli sürərək münaqişənin həllinin daha da uzanmasına, bununla da mövcud status-kvonun qorunub saxlanmasına çalışır. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusən də Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların hazırkı formatının dəyişdirilməsinin yalnız münaqişənin əsas tərəfləri olan Ermənistan və Azərbaycanın birgə razılığından asılı olduğunu bildiriblər. Rəsmi Bakı isə qəti şəkildə bəyan edib ki, separatçılarla heç bir danışıq aparılmayacaq. Çünki məhz Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal edib və rəsmi İrəvan Qarabağ separatçılarına dəstək verir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol