• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni generalı vertolyotun Azərbaycan mövqelərinə hücum etdiyini təsdiqlədi

Erməni generalı vertolyotun Azərbaycan mövqelərinə hücum etdiyini təsdiqlədi
14.11.2014 16:40
Qarabağdakı düşmən ordusunun generalı noyabrın 12-də təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 vertolyotunun Azərbaycan mövqelərinə həmlə etdiyini təsdiqləyib.ANN.Az Virtualaz.org-a istinadən istinadən xəbər verir ki, qondarma “DQR müdafiə naziri” Movses Akopyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində keçirilən “Birlik-2014” hərbi təlimlərinin gedişində jurnalistlərlə söhbəti zamanı bu etirafla çıxış edib. “Vertolyot düşmən mövqelərindən cəmi 20 metr məsafədə vurulub. Hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil. Biz Beynəlxalq Qırmızı Xaça müraciət edərək ekipaj üzvlərinin taleyinin aydınlaşdırılmasını xahiş etmişik. Təşkilat cavab verib ki, hazırda bu məsələ ilə məşğuldur” Akopyan bildirib.Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi israrla bildirirdi ki, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmayıb və təhlükəli manevrlər etməyib, yalnız təlim-məşq uçuşları həyata keçirib. Lakin indi düşmən qüvvələrinin generalının vertolyotun Azərbaycan mövqelərindən cəmi 20 metr məsafədə vurulduğunu etiraf etməsi erməni tərəfinin bütün arqumentlərini heçə endirir. Əgər düşmənin Mi-24 hücum vertolyotları Azərbaycan silahlı qüvvələrinin mövqelərinin cəmi 20 metrliyinə yaxınlaşırsa bu, hücum deyil bəs  nədir?Qeyd edək ki, bundan əvvəl vertolyotun vurulmasını əks etdirən videokadrlarda da iki Mi-24 vertolyotunun Azərbaycan ordusunun postlarının bilavasitə üzərində, alçaqdan uçaraq manevrlər həyata keçirdiyi aydın görünürdü.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol