• $
  • €
  • ₽
  • ₺
  • £

BQXK Kəlbəcərli girovlara baş çəkib

BQXK Kəlbəcərli girovlara baş çəkib
05.09.2018 21:13
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda erməni separatçıları tərəfindən girov saxlanılan azərbaycanlılara baş çəkiblər.
AzVision.az bildirir ki, bu barədə BQXK-nin Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki missiyasının ofisindən xəbər verilib. 

Qeyd olunub ki, BQXK mandatına uyğun olaraq saxlanılma şəraitləri və onlarla davranışın monitorinqini aparmaq, həmçinin, ailə üzvləri ilə əlaqənin təmin edilməsinə yardımçı olmaq üçün mütəmadi qaydada əsirlərə baş çəkir.

Xatırladaq ki, BQXK neytral, qərəzsiz və müstəqil beynəlxalq humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan, həmçinin, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılmasından ibarətdir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq təşkilatın Azərbaycan və Ermənistanda nümayəndəlikləri, Xankəndində isə ofisi fəaliyyət göstərir. BQXK-nin hansısa ərazidə fəaliyyəti həmin ərazinin statusuna təsir eləmir. Həmçinin, əsirlərə başçəkmə zamanı BQXK gördüklərini ictimaiyyətə açıqlamır. 

Qeyd edək ki, Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndində erməni separatçıların qondarma və qanunsuz məhkəmə prosesi ilə mühakimə edilməsi, cinayətkar rejim tərəfindən işgəncələrə məruz qoyulması barədə rəsmi Bakı indiyədək bir çox beynəlxalq təşkilatlara şikayət edərək onların azad olunması üçün müraciət etsə də, dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüquq normalarının heçə sayılması səbəbindən bu cəhdlərin hələlik heç bir nəticəsi yoxdur. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol