• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ADEX beynəlxalq sərgisi açıldı

Bakıda ADEX beynəlxalq sərgisi açıldı
25.09.2018 09:51
Bakıda "ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayır. 

Oxu.Az xəbər verir ki, sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək. 

Genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişidir. 

Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər.  Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib, belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin, iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Bu il digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda "MİQ” ("МИГ”), "TUSAŞ”, "Leonardo”, "ОАК”, "Motor Siç” ("Мотор Сич”), "Rusiya Helikopterləri” ("Российские вертолеты”) və "Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.

Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. 

Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol