• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu hökuməti Qarabağ maraqlandırmır...”

“Bu hökuməti Qarabağ maraqlandırmır...”
21.10.2018 10:09
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır.
Virtualaz.org xəbər verir ki, keçmiş diplomat bu barədə Amerikanın "Atlantic Council” analitik mərkəzi tərəfindən təşkil edilmiş "Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda müzakirələrdəki çıxışı zamanı deyib. Uorlik bildirib ki, o Tramp administrasiyasının Qarabağ məsələsi ilə maraqlandığına dair hər hansı əlamət görmür.


"Moskvanın etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirləri dəstəkləmək marağı var. ABŞ bunda iştirak etməlidir. Sonuncu administrasiya (Obama administrasiyası) bu prosesi başladı, amma mən indiki administrasiyanın Dağlıq Qarabağla maraqlandığına dair hər hansı sübut görmürəm”-Ceyms Uorlik belə deyib.
Onun fikrincə ABŞ-ın Minsk Qrupundakı indiki həmsədrinin ən azından səfir ranqı olması vacibdir. Ceyms Uorlik qeyd edib ki, ABŞ, Fransa və Rusiya hazırda Qarabağ məsələsində insanlar arasında təmaslara və etimadın möhkəmləndirilməsinə diqqət yetirməlidir.
Bəs münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdiirilməsinə ABŞ-ıın mövqeyi necə olacaq? Ceyms Uorlik müzakirə iştirakçılarından birninbu barədə sualına cavab verərək deyib ki, həmsədr ölkələr arasında heç bir sənəddə əksini tapmayan centlmen razılaşması var. Bu razılaşmaya əsasən Minsk Qrupu razılaşır ki, həmsədr ölkələrin və ya qonşu ölkələrin qüvvələri sülhməramlı missiyada iştirak etməyəcək.
Keçmiş həmsədr hesab edir ki, Qarabağda münaqişə alovlansa Rusiya onu təkbaşına həll etmək imkanında olmayacaq. Onun fikrincə digər münaqişələrdən fərqli olaraq Rusiya və ABŞ-ın Qarabağda ümumi maraqları var: qeyri-stabil situasiya və hərbi əməliyyatlar onların heç birinin maraqlarına uyğun deyil.
Ceyms Uorlik münaqişənin həllinə dair ötən il müzakirə olunmuş "Lavrov planı” haqda da danışıb. "Lavrov tərəfindən təklif edilmiş nizamlama planı bizim təklif edəcəyimizdən çox da fərqlənməzdi”-o bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol