• $
  • €
  • ₽
  • ₺
  • £

Bir şəklin tarixçəsi - Elmar Məmmədyarov Şuşada

Bir şəklin tarixçəsi - Elmar Məmmədyarov Şuşada
12.11.2018 09:30
"Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki foto Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bağlıdır.

Tarix 1992-ci ilin yanvarı… Məkan Şuşa şəhəri… Elmar Məmmədyarov (sağda), Yaşar Əliyev (hazırda Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin başçısı), Murad Heydərov, Vaqif Huseynov (Şuşa Şəhər İcraiyyə Komitəsinin sədri) ağır blokada şəraitində ermənilərə qarşı mübarizə aparan Şuşa ilə bağlı çıxış yolu axtarırlar…

1992-ci ildə Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edirdi... Şəkildəkilərin heç ağlına da gəlməzdi ki, mühasirədə və çox çətin çəraitdə olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinin beşiyi, qədim Şuşa bir neçə aydan sonra düşmən tapdağı altına düşəcək…

Səfər zamanı nümayəndə heyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin ağır vəziyyətinin şahidi olmuşdu. 

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləmişdi. 

Qeyd edək ki, fotoşəkli Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov təqdim edib… "Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil etmiş, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirmişdi",-deyə səfir şəkillə bağlı şərhində bildirib.




modern.az


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol