• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda vəziyyət gərginləşcək: Saakyandan hiyləgər addım - AÇIQLAMA

Qarabağda vəziyyət gərginləşcək: Saakyandan hiyləgər addım - AÇIQLAMA
26.11.2018 18:30
"Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin separatçı başçısı Bako Saakyan "fəallığı” ilə diqqət çəkməkdədir. Belə ki, Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam separatçı Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfər etməsidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı səsləndirib.

Analitik bildirib ki, Saakyanın səfərlərində diqqət çəkən bir neçə məqam var:

"ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də ABŞ Krımın "yüksək rütbəli” separatçılarına sanksiyalar tətbiq edib. Amma nədənsə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana bu, şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə, Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu, separatçı Bako Saakyana aid olunmur.

Bundan əlavə, Fransanın ondan artıq şəhər merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə "qardaşlaşma” sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür.

Əvvəla onu qeyd edim ki, Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında "dövlət” olaraq təmsil olunmaqdır. Bu səbəbdəndir ki, son səfərini Qafqaz da əsas faktor olan Rusiyaya edib. Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində "narahatlıq” yaratmaq düşüncəsidir. Xüsusilə, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması da ayrı bir məna kəsb edir. Ələlxüsus, Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır.

E.Aşırlı qeyd edib ki, yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görəcəyik:

"Həmçinin Paşinyanı narahat edəcək bir neçə açıqlamalar da Saakyan tərəfindən səsləndirilə bilər. Təbii ki, Saakyanı ən çox narahat edən amil Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə "Qarabağ klan”ın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə də bağlıdır. Belə ki, Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan da təmizləmək istəyəcək. Xüsusilə də, Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan "Qarabağ klanı” Saakyanın bütün səylərini dəstəkləyəcəklər. Lakin bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə "Qarabağ klanı”nı və Saakyanı yumşaltmağa çalışacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol