• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanı sevən azərbaycanlılar – Onlar kimdir?

Paşinyanı sevən azərbaycanlılar – Onlar kimdir?
28.02.2019 15:20
İran, nəhayət ki, Qarabağla bağlı mövqeyini "daha səmimi” şəkildə ortaya qoydu. Paşinyanın Tehranın "Ararat” klubunda erməni icması ilə görüşündə "Qarabağ Ermənistandır və Son” yazılı plakat açılmasını deyirəm.

Yəqin ki, bundan sonra ölkəmizdəki İran sevdalıları da öz mövqeyini ortaya qoyacaq. Dinin təsirinə düşüb İranı "müqəddəs məbəd” hesab edən azərbaycanlıların çox faciəli bir yuxuda olması dəqiqdir.

Dəqiq olan bir şey də var: o plakat İran hökumətindən xəbərsiz açılmayıb.

Yəqin, bundan sonra ölkəmizdəki İran aşiqləri başa düşdülər ki, müqəddəs bildikləri bu ölkə işğalçılara haqq qazandırır, onları dəstəkləyir.

Yoldaşlar, artıq anlayın, İran sizi din qardaşı saymır. Ümumiyyətlə, bizim regionda din yoxdur, ölkələrin maraqları var. İbadətinizi edin, peyğəmbərinizi sevin, amma başa düşün ki, İranın "din təəssübkeşliyi” saxtadır. Molla rejimi sizə oyuncaq kimi baxır, sizi əlində maşa bilir. İllah ki, bir yerə sığınmaqdan ötrü alışıb yanırsınızsa, ermənini dəstəkləyən yalançı molla rejiminə yox, Allaha sığının.

Hazırda plakat məsələsi son dərəcədə əhəmiyyətlidir. Bir neçə gün əvvəl "Beşiktaş” azarkeşlərinin hazırladığı plakat stadiona buraxılmamışdı. Səbəb isə plakatın üzərində Çe Gevaranın "Zəfərə qədər” ifadəsinin yer alması idi.

Adi bir şüar idi və heç bir siyasi məqsəd daşımırdı, lakin qadağan edildi.

İran isə öz "din qardaşlarının” – Xocalı sakinlərinin amansızlıqla qətlə yetirildiyi, zorlandığı bir tarixdə bu soyqırımı törədənlərə haqq qazandırdı.

Gürcüstanın erməni terrorçuya abidə qoymasından sonra İranın erməni işğalına haqq qazandıran "abidə” sərgiləməsi qonşularımız haqda dolğun təsəvvür yaradır.

Sonda fikrimi bir mahnının kiçik təhrifi ilə bitirirəm: "İran aşiqlərinin qəlbi Paşinyana bağlıdır”.

mənbə: turkustan.info 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol