• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən növbəti sərəncam

Prezidentdən növbəti sərəncam
11.03.2019 17:20
Prezident İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illiyi tamam olur.

"Azneft" İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında 1929-cu ildə ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayan, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırılan bu mötəbər elmi mərkəz Azərbaycanda neft emalı və neft kimyası sahəsində fundamental tədqiqatları ilə tanınmış və ötən müddət ərzində mühüm nailiyyətlər qazanmışdır. İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində Bakı neftinin əhəmiyyətli rol oynaması, eyni zamanda, institut alimlərinin təqdirəlayiq əməyi ilə bağlıdır. İnstitutda işlənib hazırlanan yeni üsul və texnologiyalar, aparılan yüksək səviyyəli tədqiqatların nəticələri və ali dövlət mükafatlarına layiq görülən ixtiralar sənayedə özünün geniş tətbiqini tapmışdır. İnstitut əməkdaşlarının müvafiq elmi istiqamətlər üzrə tədqiqatları xarici ölkələrin ən sanballı elmi nəşrlərində əks etdirilmişdir. İnstitutun hazırladığı yüksəkixtisaslı kadrlar respublikada və onun hüdudlarından kənarda bu gün də uğurla çalışmaqdadırlar.

Sərəncamda qeyd olunur ki, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun ölkədə neft-kimya elmlərinin və neft sənayesinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol