• $
  • €
  • ₽
  • ₺
  • £

5 rayon qaytarılır və... - Sarkisyan, Koçaryan, Zatulin Xankəndidə HƏRƏKƏTƏ KEÇDİ

5 rayon qaytarılır və... - Sarkisyan, Koçaryan, Zatulin Xankəndidə HƏRƏKƏTƏ KEÇDİ
15.03.2019 14:02
Rusiya Serj Sarkisyan, Robert Koçaryan və "Lazarev klubu” vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimi Nikol Paşinyan hakimiyyətindən ayırmağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Akop Badalyan yazıb.

Badalyan keçmiş prezident Serj Sarkisyanın Xankəndinə getdiyini və separatçı rejimin "rəhbəri” Bako Saakyanla danışıqlar apardığı haqqında məlumatı xatırladaraq yazır ki, məqsəd ərazilərin Rusiya ssenarisinə uyğun qaytarılmasıdır. Söhbət ilkin mərhələdə 5 rayonun qaytarılmasını nəzərdə tutan ssenaridən gedir.

Maraqlıdır ki, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin yaratdığı "Lazarev klubu”nda da Moskvada keçirilən iclasında rayonların qaytarılması məsələsini müzakirə edilmişdi. Hərçənd, Zatulin həmin iclasa Qarabağ separatçılarının "nümayəndəsi”ni də dəvət etmişdi və bu, dəvət separatçılara dəstək mənzərəsini yaradırdı. Lakin iclasda ərazilərin qaytarılması məsələsinin müzakirəsi Rusiyanın prosesi Nikol Paşinyanla deyil, "Qarabağ klanı”nın uzantısı olan separatçılarla həll etməyə alışdığı versiyasını yaratdı. Badalyan bu ssenarini "Qarabağ tələsi” olaraq təqdim edir.

Görünür, ruslar münaqişənin öz ssenariləri üzrə həllinə çalışırlar və bunun üçün separatçılarla Paşinyan hakimiyyəti arasındakı uçurumdan istifadə edirlər. Çünki Paşinyan danışıqların tormozlanması ilə nəticələnəcək "format dəyişikliyi” tezisini irəli sürür, bu rusların münaqişəni həll etmək planlarını təxirə salır. Ruslar da məhz Xankəndidəki separatçılardan istifadə edərək, Paşinyanı həll variantına razılaşmaq faktı qarşısında qoymaq istəyirlər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol