• $
  • €
  • ₽
  • ₺
  • £

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019 19:30
Qondarma "dqr”in keçmiş müdafiə naziri, Azərbaycan ərazilərinin işğal olunmuş hissəsində "prezident” olmaq iddiasına düşən Samvel Babayanın Qarabağ konsepsiyası erməni siyasi dairələrində qalmaqala səbəb olub. Virtualaz.org xəbər verir ki, bundan əvvəl Samvel Babayan Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməli olduğunu bildirmişdi və bunu "münaqişənin yeganə mümkün həlli yolu” adlandırmışdı.

Bu təklif Ermənistanda və Dağlıq Qarabağda etirazla qarşılaşıb, radikal "Sasna Tsrer” partiyası (eyni adlı terrorçu qrupun bazasında formalaşıb) Samvel Babayanı "xəyanətdə” ittiham edib.

Belə reaksiyalardan sonra martın 21-də Samvelin ofisi geniş bəyanatla çıxış edərək onun fikirlərinin yanlış anlaşıldığını bildirib. Və keçmiş səhra komandirinin əslində nəyi təklif etdiyini izah edib. Bu təklifə əsasən Dağlıq Qarabağ ərazisi beynəlxalq ictimaiyyət, ilk növbədə hansısa beynəlxalq təşkilat tərəfindən münaqişə edən tərəflərin indiki hakimiyyətlərinin siyasi nəzarətindən çıxarılmalı və hansısa beynəlxalq strukturun yurdiksiyası altına verilməlidir.

Bəyanata əsasən Samvel Babayan heç vaxt Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməsini təklif etməyib, bunu bəzi politoloqlar belə interpretasiya ediblər.

Samvelin konsepsiyası Qarabağ nizamlanmasına dair Madrid prinsiplərini qəti rədd edir, erməni tərəfinin hansısa ərazi güzəştlərini müzakirə etməyi qəbuledilməz sayır. Xüsusən də Laçın və Kəlbəcərin qaytarılması məsələsini.

Amma "konsepsiyada” göstərilir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ Dağlıq Qarabağda mandat idarəetmə sisteminin yaradılmasına dair "çoxtərəfli və qapalı” razılaşma imzalamalıdır. Dağlıq Qarabağın yekun statusu isə bu razılaşmanın imzalanmasından sonra referendum yolu ilə müəyyən edilməlidir.

Samvelin "konsepsiyası” Dağlıq Qarabağda mandat idarəetməsinin yaradılmasının digər aspektlərini, o cümlədən qaçqın və köçkünlərin geri qayıtmasını da nəzərdə tutur. Aydındır ki, bu "konsepsiyanı” heç kim ciddi qəbul etməyəcək, amma Dağlıq Qarabağın Rusiyanın idarəçiliyinə verilməsi ideyasını bir neçə il əvvəl bədnam Zori Balayan da təklif etmişdi. Hətta bu barədə Putinə açıq məktub da yazmışdı.  /Cebhe.info/


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol