• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni separatçıları ÇEVRİLİŞ planı hazırlayır - ŞOK DETALLAR

Erməni separatçıları ÇEVRİLİŞ planı hazırlayır - ŞOK DETALLAR
17.05.2019 13:43
Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir.

Anews.az bildirir ki, "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bu fikirlər yer alıb. Təhlildə Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın bir-birilərini kəskin tənqid etmələri qeyd edilib:
"Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir. Nikol Paşinyan "Qarabağ klanını” Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub. Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var- eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina ediblər. Aydındır ki, həmin hakimlər "Qarabağ klanının” intiqamından qorxduqlarına görə kənara çəkiliblər. İkincisi, Köçəryan üzərindəki məhkəmə "Qarabağ klanını” canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar”.

Təhlildə Paşinyanın daima Qarabağa səfərlərinin də nəticə vermədiyinə diqqət çəkilib:
"Paşinyan Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcəyini düşünürdü. Bu alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan "Qarabağ klanını” Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir.

2020-ci ildə Dağlıq Qarabağda "prezident seçkisi” keçiriləcək. Bako Saakyan namizəd olmayacağını bildirib. Deməli, "prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda "prezident" seçilməsini istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər azdır. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın "prezident”İ seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın "prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar”.
Təhlildə qeyd edilib ki, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır:
"Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı "Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə "Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.(redaktor)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol