• $
  • €
  • ₽
  • ₺
  • £

Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏ

Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏ
17.05.2019 14:38
Ermənistanda keçmiş prezident Robert Koçaryanın məhkəməsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş "rəhbəri” Arkadi Qukasyan və indiki "rəhbəri” Bako Saakyan da iştirak ediblər.
Anews.az xəbər verir ki, məhkəmə Koçaryanın həbs olunacağı təqdirdə Qukasyan və Saakyanın da cinayət məsuliyyətinə cəlb edə bilər.

Hər iki separatçı Koçaryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. Hətta bu məsələyə görə hazırda daxili qarşıdurma yaşanır.

Onların məhkəməyə gəlişi bu kontekstdə diqqət çəkir. Ən maraqlı məqam isə məhkəməyə şahid kimi gəlsələr də, Qukasyanla Saakyan Koçaryanla eyni sırada – müttəhim kürsüsündə əyləşib. Bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.

"Lragir” saytı yazır ki, bu mənzərə ölkəni silkələdi.

"Qarabağın üç "prezidenti” müttəhim kürsüsündə əyləşmişdi. Doğrudur, yalnız Koçaryan ittiham olunurdu, lakin foto çox şey haqqında danışırdı. Saakyanla Qukasyanın bu addımı cəmiyyətdə müzakirələrə səbəb oldu. Rəsmi dairələr bildirirlər ki, bu siyasi addım deyil, sadəcə olaraq, dostluq əlaqələrinə söykənən humanist dəstəkdir. Lakin cəmiyyət bunu birmənalı qarşılamır. Çünki keçmiş hakimiyyətin gələcək parlament və prezident seçkilərində geridönüş etmək üçün Qarabağda platforma yaratmağa çalışdığı haqqında informasiyalar var. İctimaiyyət ikiyə bölünüb: bir cəbhə hesab edir ki, "qəhrəmanları” (Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş şəxslər – red.) mühakimə etmək olmaz, digər cəbhə isə bu şəxslərin Qarabağ müharibəsindən istifadə edəcək hakimiyyətə gəldiyi və ölkəni talan etdikləri fikrini irəli sürür. Bəzi ekspert dairələri Ermənistan və Qarabağ arasında heç bir parçalanmanın olmadığını dilə gətirsələr də, real mənzərə siyasi müharibənin başlandığını göstərir”, - deyə sayt yazıb.(publika)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol