• $
  • €
  • ₽
  • ₺
  • £

Çəmənliyə xalça sərdirən icra başçısı kimdir? - FOTO

Çəmənliyə xalça sərdirən icra başçısı kimdir? - FOTO
25.06.2019 16:17
Bu gün - Silahlı Qüvvələr Günü ərəfəsində Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qaz verilib. "Azəriqaz”dan Anews.az-a verilən məlumata görə, bu münasibətlə  keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 016 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz”İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub.


Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşınması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrinə sayğac quraşdırma işləri aparılıb.
Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.

Bildirilib ki, qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Gədəbəydə kəndə qaz verilməsi mərasimindən çəkilən fotolardan görünür ki, rayon icra hakimiyyətinin başçısının çıxış etməsi üçün çəmənliyin üstünə iri xalça səriblər, hətta yoldan mərasimin keçirildiyi meydançaya qırmızı ayaqaltı sərilib. Prinsipcə füsunkar mənzərəli bu dağ kəndində təbiət özü hər yerə "xalça sərib”, amma icra başçısı İbrahim Mustafayev ucqar dağ kəndinə təbii qazın verilməsi münasibətilə nitq söyləmək üçün çəmənliyə xalça sərdirib...(virtualorg)



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol