• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan Azərbaycanın təklifini qəbul etməyib" - Əli Həsənov

"Ermənistan Azərbaycanın təklifini qəbul etməyib" - Əli Həsənov
22.08.2014 12:22
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklif edib.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.Ə. Həsənov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə mütəmadi görüşür, dünən də görüşərək bu məsələni müzakirə edib: “Bu məsələ ilə Müdafiə Nazirliyi, Əsir və Girovlarla İş üzrə Dövlət Komissiyası, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mütəmadi məşğuldur. Dünən də mən Qızıl Xaç Komitəsinin əməkdaşları ilə görüşdüm. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri Azərbaycanın son təklifi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin cavabını bizə çatdırdılar. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, bir erməni ailəsinin və bu yaxınlarda qəfil dünyasını dəyişmiş bir erməninin meyiti müqabilində yalnız Həsən Həsənovun meyitini qaytarmağa razıdırlar. Mən isə bizim bununla razılaşmadığımızı, girovlarımızın da azadlığa buraxılmasını istədiyimizi bildirdim".Ə. Həsənov qeyd edib ki, Azərbaycan hələ də təklifini qüvvədə saxlayır və cavab gözləyir. Ə. Həsənov onu da deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşündə quruma mövqeyi ilə bağlı sərt etirazını bildirib: “Beynəlxalq Qızıl Xaç Komitəsi əsir və girovlarla bağlı müraciət edəndə Azərbaycan buna cavab verir. Ancaq Ermənistan tərəfi bu müraciətləri təmin etmir. Nə üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin baş qərargahı bu barədə dünya ictimaiyyətini məlumatlandırmır?”ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol