• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Belçika Parlamentinin qətnaməsinə REAKSİYA

XİN-dən Belçika Parlamentinin qətnaməsinə REAKSİYA
19.12.2020 13:22

"Bu ilin 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı "Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək" adlı qətnamə layihəsi qəbul edilib. Məlumat verdiyimiz kimi, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edən xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb".

Anews.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Belçika Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qətnaməsi ilə bağlı sualını cavablandırarkən deyib.
 
"Görüş zamanı nazir Ceyhun Bayramov Belçika Parlamenti tərəfindən Azərbaycan, eləcə də qardaş Türkiyəyə qarşı əsassız və qərəzli iddiaları əks etdirən qətnamənin qəbul edilməsi ilə bağlı etiraz və narazılığımızı Belçika rəsmisinin diqqətinə çatdırıb. Sənəddə Belçika hökumətinin izahı nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın əks olunmasına rəğmən, burada həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasının qəbuledilməz olduğu bildirilib. Vurğulamaq istərdik ki, Belçikanın Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib", o bildirib.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol