• $
  • €
  • ₽
  • ₺
  • £

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə müzakirələr aparıb

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə  müzakirələr aparıb
12.02.2021 15:02
Görüşdə STM tərəfindən idarə heyətinin sədri, millət vəkili Zahid Oruc, idarə heyətinin üzvləri millət vəkili Elşad Mirbəşiroğlu, Tahirə Allahverdiyeva və tədqiqat qrupunun üzvləri Seymur Əliyev və Nilufər Məmmədova, BMT QAK tərəfindən isə ölkə üzrə nümayəndə cənab Quido Ambroso, hüquq departamentinin rəhbəri Oktavian Mohorea və həmin departameninin müdür müavini Samirə Allahverdiyeva iştirak etmişdir. 

Görüşün əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın effektiv planlaşdırılması üçün tədqiqat lahiyəsi çərçivəsində BMT QAK ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərinin müzakirəsi olmuşdur.  

Müzakirə çərçivəsində, Zahid Oruc işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konseptin önəmi və prosesin Azərbaycan üçün stateji əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. Mərkəz tərəfindən icra olunan tədqiqat lahiyəsində yenidən məskunlaşmaya dair dayanıqlı həll yolları ilə bağlı dünyada bu sahə üzrə ixtisaslaşmış qurum olan BMT QAK-ın fikirlərinin diqqət mərkəzində saxlanılmasının önəmini vurğulamışdır. 

BMT QAK-ın ölkə üzrə nümayəndəsi Quido Ambroso qurumun Azərbaycandakı fəaliyyətindən danışmış və əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd etmişdir. O həm də, 10 noyabr bəyanatının 7. Maddəsi çərçivəsində BMT QAK-ın dövlət qurumları ilə yanaşı tədqiqat mərkəzləri ilə əməkdaşlığının vacibliyini vurğulamışdır.

Müzakirədə, Seymur Əliyev layihənin prioritetləri və məskunlaşma siyəsətində mövcud əsas mülahizələri bölüşmüşdür. 

Sonda, əməkdaşlığın növbəti addımları müəyyənləşdirilmişdir.

Mərkəzin sədri qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkür edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol